Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Arzu və Murad” təqdim olundu

“Arzu və Murad” təqdim olundu

Date: 18 December 2015 15:54

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Arzu və Murad” tamaşanın premyerası olub. Lent.az-ın məlumatına görə, tamaşa Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Yeni səhnə əsərində əsas obrazları əməkdar artist Gülər Nəbiyeva, aktyorlar  Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edir.

Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf  hissləri, psixoloji və mənəvi durumu yeni səhnə əsərinin əsas ideyasını təşkil edir. 

Qeyd edək ki, əsər “Anamın kitabı” ədəbi müsabiqəsinin qalibi olub. Tamaşanın yekununda 2015-ci il üçün “Anamın kitabı” ədəbi müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat  İnstitutu, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və “Hədəf” Nəşrlər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilmiş  “Anamın kitabı” ədəbi mükafatı pyes müsabiqəsi – 2015-də fəal iştirakına görə Vüsal Məmmədzadə, Orxan İsmayıl, Nərgiz İsmayılov müsabiqədə fəal iştiraklarına görə diplomla təltif olunublar.

Mükafatın Fəxri Fərmanları “Qarabağ savaşçısı – topçu İskəndər” əsərinə görə Dilman Şahmərdanlıya (17 bal) və “Qızıl heraldika” əsərinə görə Xəyalə Murada (18 bal) təqdim edilib.

Müsabiqədə 2-ci yerin qalibi “Qar gözlərkən” əsəri ilə Enur Rzayev (25 bal), 3-cü yerin qalibi “Erməni lavaşı” ilə Ülviyyə Mustafayeva (21 bal), 4-cü yerin qalibi “Yurd  itkisi” əsəri ilə Zaur Vedili (20 bal) müəyyən edilib.

 

  


Tags:  Arzu Murad təqdim olundu


RƏYLƏR


Top news