Nazirlikdən şagirdlərin dini qruplara cəlb olunması ilə bağlı AÇIQLAMA

Nazirlikdən şagirdlərin dini qruplara cəlb olunması ilə bağlı AÇIQLAMA
16:05 18 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Təhsil Nazirliyi şagirdlərin müxtəlif dini qruplara cəlb olunması ilə bağlı verilən məlumatlara münasibət bildirib.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, şagirdlərin müxtəlif dini qruplara cəlb olunması ilə bağlı rəsmi məlumat daxil olmayıb.

Nazirlikdən əlavə edilib ki, Azərbaycanda şagirdlərin təhsildən kütləvi yayınma halları qeydə alınmayıb. Lakin ayrı-ayrı məktəblərdə belə hallar müşahidə olunduqda, yerli təhsili idarəetmə orqanlarının və yerli icra hakimiyyətlərinin nümayəndələri tərəfindən təhsildən yayınan şagirdlərin təhsilə cəlb olunması üçün valideynlərlə maarifləndirici söhbətlər aparılır.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Trend-ə açıqlamasında uşaqların din altında müxtəlif bəhanələrlə orta məktəblərdən uzaqlaşdırıldığını, dini ayin və mərasimlərə qatıldığını söyləmişdi: "Bu, təkcə islam dini ilə bağlı məsələ deyil. Məktəbyaşlı uşaqların müxtəlif təriqət və sektaların təlimlərinə cəlb edilməsi hallarına rast gəlirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391260.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR