İsrailin səfiri Azərbaycan Tibb Universitetində olub

İsrailin səfiri Azərbaycan Tibb Universitetində olub
16:08 18 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
İsrailin ölkəmizdəki səfiri Dan Stav Azərbaycan Tibb Universitetində (ATU) olub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə ATU-nun fəaliyyəti barədə qonağa məlumat verilib.
Tədris işləri üzrə prorektor Sabir Əliyev 6 fakültəsi olan ATU-da 160-dan çox professorun, 320 dosentin, 800-ə yaxın elmlər namizədinin çalışdığını, hazırda 7000-dən çox tələbə və rezidentin, həmçinin 1000-dən çox xarici ölkə vətəndaşının təhsil aldığını diqqətə çatdırıb.
Səfir Dan Stav universitetdə olmaqdan məmnunluğunu bildirərək, gələcəkdə qarşılıqlı əlaqələrin möhkəmlənməsi üçün çalışacağını deyib.
Beynəlxalq əlaqələr üzrə prorektor Rəhimə Qabulova İsrailin ali təhsil müəssisələri ilə ATU arasındaki əlaqələrdən danışıb. O, ATU-nun bir sıra beynəlxalq layihələrdə yer aldığını, tələbələrinin qarşılıqlı mübadilə proqramına qoşulduğunu xatırladıb.
Xarici tələbələrlə iş üzrə dekanı İsmayıl Əfəndiyev isə hazırda ATU-da 4 israilli tələbənin təhsil aldığını bildirib. O, həmçinin xarici tələbələr, onlar üçün yaradılan şərait haqqında da məlumat verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Israilin_sefiri_Azerbaycan_Tibb_Universitetinde_olub-912412

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR