Eminin "Soyuq Əllər, İsti Ürək - Mələklər"-də konserti baş tutacaq

Eminin "Soyuq Əllər, İsti Ürək - Mələklər"-də konserti baş tutacaq
16:12 18 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 1-dən 31-dək Fəvvarələr meydanında "Nargis Fund" və baş sponsor "Amapola Exclusive Events"-in təşkilati dəstəyilə "Soyuq Əllər, İsti Ürək - Mələklər" adlı Yeni il xeyriyyə yarmarkası keçirilir.

Dekabrın 19-u yarmarkada saat 20.00-da müğənni Eminin imza mərasimi, 21.00-da isə konserti baş tutacaq.

Həftənin iş günlərində (bazar ertəsi - cümə) "Nargis Fund"-un əməkdaşları sponsorların dəstəyi ilə uşaq evlərinə və xəstəxanalara baş çəkirlər. Fond xəstə və internat evlərində böyüyən uşaqlar üçün əyləncə proqramı təşkil edir, onları müxtəlif Yeni il hədiyyələri ilə sevindirir, geyim və gigiyenik vasitələrlə təmin edir.

Hər cümə, şənbə və bazar günləri yarmarkada uşaq evlərinin sakinləri üçün xüsusi əyləncəli proqram və nahar təşkil olunur, eləcə də onlara müxtəlif hədiyyələr verilir.

"Biz Mələklərik!" şüarı altında Nargis Fondu "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası təşkil edir. Yarmarka dekabr ayının 1-dən 31-nə kimi davam edəcək. Yarmarkanın əsas məqsədi müalicəyə ehtiyacı olan uşaqlara yardım göstərməkdir.

Amapola Exclusive Events şirkəti xeyriyyə tədbirinin baş sponsoru və təşkilatçısı kimi noyabr ayında köşklərin restavrasiyasını, yarmarkanın bəzədilməsini və bayram dekorasiyasının tərtib edilməsi kimi iri miqyaslı işləri həyata keçirmişdir. Bir ay ərzində şirkət 40-a yaxın şirkətlə və 80-dən artıq könüllü ilə aktiv təşkilati işlər həyata keçirmişdir.

Həftə içi günlər Nargis Fondunun nümayəndələri uşaq evləri və internatlara gedirlər. Xeyriyyə yarmarkası dekabr ayı ərzində həftənin cümə, şənbə və bazar günləri uşaq evləri və internatdan gələn dostlarımızı qəbul edir.

Üç günlük tədbir proqramı çərçivəsində hər həftə Amapola Exclusive Events şirkəti qonaq gələn dostlarımız üçün özündə animator, fokusçu, vinyamin şou və animasiya qəhrəmanlarının iştirakı ilə maraqlı proqram hazırlayır. Səhnədə isə uşaq musiqi və rəqs dərnəklərindən ibarət kollektivlər çıxış edir.

Balaca dostlarımız rəsm və rəqs müsabiqələrində iştirak edərək yarmarka iştirakçısı olan şirkətlərdən yeni il hədiyyələri qazanırlar.

Xeyriyyə tədbirində iştiraka görə Amapola Exclusive Events şirkəti "AzərTürkBank", "Rosko", "Сладёна" və "Grafika" şirkətlərinə və bütün ay ərzində dəstək göstərəcək digər şirkətlərə öz dərin təşəkkürünü bildirir. Biz "Fresh Catering" şirkətinə bayram naharına görə təşəkkürümüzü bildiririk. Çox sağ olun. Siz uşaqlara bayramın özünü hədiyyə etdiniz!

Аmapola Exclusive Events yarmarka iştirakçıları ilə birlikdə məhşur Azərbaycan yazarlarının iştirakı ilə ustad dərsləri və imza günləri keçirir.

Bütün ay ərizndə Amapola Exclusive Events şənbə və bazar günləri bakılılar və şəhərimizin qonaqları üçün əyləncəli axşam proqramı təşkil edir.

1-31 dekabr Fəvvarələr meydanı

"Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası haqqında daha ətraflı məlumatı tədbirin rəsmi səhifələrindən əldə edə bilərsiniz:

İnstagram: Soyuqelleristiurek

Facebook: https://www.facebook.com/soyuqelleristiurek/info/?tab=page_info

İştirak və müsahibə ilə bağlı müraciət edin:

Aydan Abdulbağıyeva

Tel.: (+994 12) 4649111; aydan.a@olive.az

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR