Dəniz sahilinə yolu kəsənlər ciddi cəzalanacaq

16:13 18 Dekabr 2015
13 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda dəniz sahilinə yolu kəsənlər ciddi cəzalanacaq.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar olaraq, müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunacaq.

Eyni zamanda xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq.

Qeyd edək ki, hazırkı İnzibati Xətalar Məcəlləsində yuxarıda qeyd olunan xətalara görə maksimum cərimə 250 manatdır.

Plenar iclasda dəyişikliklər qəbul olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2471329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR