Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cahangir Hacıyev məhkəməyə gəlmədi

Cahangir Hacıyev məhkəməyə gəlmədi

Date: 18 December 2015 16:27

Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin "ev dustağı" edilməsi barədə təqdim etdiyi ərizənin rədd edilməsilə bağlı Nərimanov rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə bü gün baxılmalı idi.

Bu barədə Trend-ə C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib. Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə C.Hacıyev qeyri-müəyyən səbəblərdən prosesə gəlmədiyindən şikayətin araşdırılması təxirə salınıb.

Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178-ci (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə),179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 309 (Vəzifə səlahiyyətlərini aşma), 312. (Rüşvət vermə (aktiv rüşvətxorluq)) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Milli.Az


Tags:  Cahangir Hacıyev məhkəməyə gəlmədi


RƏYLƏR


Top news