"Muğanbank"-ın komandası futzal turnirinin qalibi oldu

"Muğanbank"-ın komandası futzal turnirinin qalibi oldu
16:27 18 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

17.12.2015 - ci il tarixində "ABU ARENA" idman kompleksində Bakı Banklararası Valyuta Birjasının (BBVB) təşkilatçılığı ilə keçirilən banklararası "Payız - 2015 kuboku" futzal turnirinin final oyunu keçirilmişdir.

Final oyununda "Muğanbank" və "Kapital Bank" komandaları qarşılaşırdı.İlk dəqiqələrdən üstünlüyü əla alaraq və bütün vaxt ərzində məzmunlu oyun göstərən "Muğanbank"ın komandası 2-1 hesabı ilə qalib gələrək turnirdə 1-ci yerə layiq olmuşdur.
Turnirin sonunda mükafatlandırma mərasimi keçirildi və "Muğanbank" komandasına turnirin qalibi kuboku təqdim edildi.
Qeyd edək ki, turnir ərzində "Muğanbank" komandasını yüzlərlə tamaşaçı dəstəkləmişdir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/391319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR