Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda torpaqdan uzunmüddətli istifadə 15 ilədək azaldıldı

Azərbaycanda torpaqdan uzunmüddətli istifadə 15 ilədək azaldıldı

Date: 18 December 2015 16:28

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında Torpaq Məcəlləsinə dəyişikliklər qəbul edilib.

Trend-in məlumatına görə, müzakirələrdə bildirilib ki, sənəd Məcəlləni təkmilləşdirmək məqsədilə işlənib. Sənədin 50-ci maddəsi aşağıdakı redaksiyada təklif olunur: “Torpaqdan istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli istifadə on beş ilədək müəyyən oluna bilər, uzunmüddətli istifadə isə xüsusi mülkiyyət olan torpaqlar üçün 99 il, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə on beş ildən 49 ilədək müəyyən oluna bilər”.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycanda torpaqdan uzunmüddətli istifadə 15 ilədək azaldıldı

RƏYLƏR


Top news