Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Səudiyyə Ərəbistanı həcc ziyarəti qaydalarını sərtləşdirib

İran zəvvarlara Həccə getməyə icazə verdi (20 Mart 2017 14:52)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Şahzadəsini qəbul etdi (17 Mart 2017 12:59)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Şahzadəsini qəbul edib (17 Mart 2017 12:47)

Tarix: 18 Dekabr 2015 16:33


Bakı, 18 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının Həcc Məsələləri üzrə Nazirliyi Mina dağında baş verən basırıqdan sonra zəvvarların yerləşdirilməsi və həcc ziyarətinə gedən müsəlmanlara xidmət göstərən kompaniyalar üçün lisenziya verilməsi qaydalarını sərtləşdirib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, nazirlik bu şərtlərin pozulacağı təqdirdə həcc-operatorlarının işinin dayandırılması və maliyyə sanksiyaları da daxil olmaqla, müxtəlif cəzalar tətbiq edəcəyini açıqlayıb.
Xatırladaq ki, bu il sentyabrın 24-də həcc ziyarəti zamanı Mina dağında yaranan basırıq nəticədə 700-də çox zəvvar həyatını itirmişdi. Faciədən dərhal sonra Səudiyyə Ərəbistanının kralı həcc ziyarətinin qaydalarına yenidən baxılması barədə göstəriş vermişdi.
 

Teqlər:  Səudiyyə Ərəbistanı həcc ziyarəti qaydalarını sərtləşdirib



RƏYLƏR


Top xəbərlər