Valeri Çeçelaşvili: "Yeni baş katibin gəlişi GUAM-a yeni nəfəs gətirəcək"

Valeri Çeçelaşvili: "Yeni baş katibin gəlişi GUAM-a yeni nəfəs gətirəcək"
16:37 18 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ "Azərbaycan hər zaman GUAM layihələrinin həyata keçirilməsində fəal iştirak edib". Bunu "Report"a müsahibəsində təşkilatın baş katibi Valeri Çeçelaşvili bildirib. 
"Azərbaycan GUAM-ın tərkibindəki digər dövlətlər kimi, təsisçi ölkədir. Azərbaycanın səsi olmadan heç bir şey etmək mümkün deyil", - V.Çeçelaşvili qeyd edib. 
Onun sözlərinə görə, GUAM-da baş verən hər bir hadisə təşkilata daxil olan hər bir dövlətin, o cümlədən Azərbaycanın maraqlarına uyğundur. "Azərbaycan hər zaman GUAM formatında əməkdaşlığın inkişafı üzrə planların həyata keçirilməsində fəal iştirak edib", - baş katib vurğulayıb. 
Təşkilatın rəhbəri qeyd edib ki, gələn ildən GUAM strukturu yeni məna əldə edəcək, çünki təşkilata sədrlik rotasiya üzrə plana uyğun olaraq Azərbaycana keçir. 
"Bundan başqa, yeni baş katib regionda yaxşı tanınan diplomat Altay Əfəndiyev təyin olunacaq. Bu çox intellektual, bilikli, diplomatiyadan yaxşı başı çıxan bir insandır, ona görə də düşünürəm ki, gələn il çox maraqlı olacaq", - V.Çeçelaşvili bildirib. 
Yanvarın 1-dən azərbaycanlı diplomat Altay Əfəndiyev bu vəzifədə V.Çeçelaşvilini əvəz edəcək. 
Valeri Çeçelaşvili yeni baş katibə təşkilatın bu illər ərzində əldə etdiklərini artırmağı  və GUAM-ın əldə edə bilmədiyi uğurları əldə etməyi arzulayıb 

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/cecelasvili-yeni-bas-katibin-guama-yeni-nefes-getirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR