"Opel" əvvəlcə "Mercedes"ə sonra ağaca çırpıldı

"Opel" əvvəlcə "Mercedes"ə sonra ağaca çırpıldı
16:37 18 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlax şəhərinin Füzuli küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Elxan Baloğlan oğlu Həşimovun idarə etdiyi "Opel" markalı avtomaşın həmin küçə ilə hərəkətdə olarkən qarşıdan gələn Mayıs Əbdülhüseyn oğlu İsazadənin idarə etdiyi "Mercedes" markalı avtomobilin hərəkət yoluna çıxıb.

Nəticədə "Mercedes"lə toqquşan "Opel" daha sonra ağaca çırpılıb. Hər iki avtomobil yararsız hala düşsə də, xəsarət alan olmayıb.

Faktla bağlı Yevlax şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsində araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/391322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR