Milli Məclis "Qızıl ulduz" medalının və "Şah İsmayıl" ordeninin qızıldan olması barədə layihəni qəbul edib

Milli Məclis "Qızıl ulduz" medalının və "Şah İsmayıl" ordeninin qızıldan olması barədə layihəni qəbul edib
16:37 18 Dekabr 2015
12 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Milli Məclisin bugünkü iclasında Azərbaycanın Milli Qəhrəmanı xüsusi nişanının ("Qızıl Ulduz" medalı) və "Şah İsmayıl" ordenin təsviri və tərkibinin dəyişdirilməsi layihəsi müzakirəyə çıxarılıb. "Report" xəbər verir ki, layihəyə əsasən, "Azərbaycan Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" qanunun 1.2.2-ci maddəsində "qızıl suyuna çəkilmiş" sözləri "qızıldan" sözləri ilə əvəz edilir.
Nişanın 27 mm x 20 mm olan ölçüsü də dəyişdirilir. Nişan ilgək, halqa və 40 mm enində üçkünc element vasitəsilə 37 mm x 50 mm ölçüdə olacaq.
Layihəyə görə, "Şah İsmayıl" ordeninin təsviri belə veriləcək: "Orden biri digərinin üzərində yerləşdirilmiş, biri digərinə nisbətən ox ətrafında dönmüş iki səkkizguşəli ulduzdan ibarətdir. Arxa şüalar platindən, ön şüalar isə qızıldandır. Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunub. Lövhənin aşağısında "Şah İsmayıl" sözləri yazılıb".
Ordenin hazırda qüvvədə olan təsviri isə belədir: "Şah İsmayıl" ordeni düzgün səkkizguşəli ulduz şəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilib. Arxa tərəfi hamar səthlidir, ortasında "Şah İsmayıl" yazılıb, ondan aşağıda ordenin nömrəsi həkk olunub".

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/milli-meclis-qizil-ulduz-medalinin-ve-sah-i-smayil-ordeninin-qizildan-olmasi-barede-layihe

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR