"BP-Azərbaycan"a yeni vitse-prezident təyin olundu

"BP-Azərbaycan"a yeni vitse-prezident təyin olundu
16:41 18 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

"BP-Azerbaijan" şirkətində yeni vəzifə təyinatı olub.

Bu barədə ANSPRESS-ə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verdi.

"Azəri" yatağında əməliyyatlar üzrə menecer olan Elxan Məmmədov 2016-cı il yanvarın 1-dən BP-nin hasilat üzrə vitse-prezidenti təyin edilib. Bu yeni vəzifədə Elxan Məmmədov şirkətin Azərbaycanda texniki sahəyə məsul olan ilk vitse prezidentidir. Yeni vəzifəni icra edəcək vitse-prezident BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə hasilat işlərinin idarə olunmasına cavabdeh olacaq.


Elxan Məmmədov - "BP-Azərbaycan"ın hasilat üzrə yeni vitse-prezidenti


Bundan əlavə, o həm də Azəri-Çıraq-Günəşli üzrə texniki qrupa sədrlik edəcək.
Elxan Məmmədov BP-yə 2001-ci ildə Çıraq platformasında nəzarət-ölçü cihazları üzrə texnik kimi qoşulub. Sonralar BP-nin Şimal dənizində və Xəzərdəki müxtəlif platformalarında çalışaraq 2009-cu ildə BP-nin Azərbaycan üzrə quru əməliyyatları meneceri təyin olunub.

2013-cü ilin iyun ayından etibarən isə BP-nin Azəri sahəsi üzrə əməliyyatlar meneceridir. Ölkənin neft və qaz sənayesinin inkişafına töhfəsinə görə 2014-cü ildə o, prezident tərəfindən “Tərəqqi medalına” layiq görülüb.

Elxan Məmmədovdan əvvəl BP-nin hasilat üzrə vitse-prezidenti vəzifəsini Pat Droon icra edib. Azərbaycanda vəzifəsi başa çatan Pat Droon Azərbaycanı tərk edib.

Bu son aylarda BP-ə təyin olunan ilk vitse-prezident deyil. Bundan bir müddət öncə isə "BP-Azərbaycan" şirkətinə digər bir vitse-prezident təyin olunmuşdu. Bu ilin avqustundan Bəxtiyar Aslanbəyli də BP-nin vitse-prezidenti vəzifəsinə təyin olunub. O, də bu vəzifədə xarici vətəndaşı əvəz etmişdi.


Bəxtiyar Aslanbəyli - "BP-Azərbaycan"ın vitse-prezidenti


BP-də vəzifə təyinatlarında xaricilərin Azərbaycan vətəndaşları ilə əvəz edilməsi şirkətin kadrların milliləşdirilməsi planına uyğun həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367617

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR