Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tütün, şərab, pambıq istehsalı və idxalı ilə bağlı yeni QADAĞALAR

Tütün, şərab, pambıq istehsalı və idxalı ilə bağlı yeni QADAĞALAR

Date: 18 December 2015 16:47

Azərbaycanda tütün məmulatları, şərabçılıq məhsulları, pambıq və pambıq məhsullarının istehsalı, idxalı ilə bağlı yeni qadağalar tətbiq ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin plenar iclasında müzakirə edilən "Tütün və tütün məmulatı haqqında", "Üzümçülük və şərabçılıq haqqında" və "Pambıqçılıq haqqında" qanunlara müvafiq dəyişikliklərdə öz əksini tapıb.

"Tütün və tütün məmulatı haqqında" qanun layihəsinə əsasən, tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunduqda onun idxalı qadağan edilir.

Bununla yanaşı, hazırda tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda onlar dövriyyədən götürülür. Yeni layihəyə əsasən isə tütün və tütün məmulatları həm də genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunduqda onlar dövriyyədən götürülür.

"Üzümçülük və şərabçılıq haqqında" qanun layihəsinə əsasən, şərabçılıq məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış bitki materiallarının istifadəsinə yol verilmir. Belə üsulla hazırlanmış şərabçılıq məhsullarının ölkəyə idxalına da icazə verilmir.

"Pambıqçılıq haqqında" qanuna edilən yeni dəyişikliklərdə də pambıq və pambıq məhsullarının istehsalı və idxalı ilə bağlı eyni qadağaların tətbiq edilməsi təklif olunur.

Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Milli.Az


Tags:  Tütün şərab pambıq istehsalı idxalı bağlı yeni QADAĞALAR


RƏYLƏR


Top news