Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Abbas Ağalarovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 74 boksçu mübarizə aparır

Abbas Ağalarovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 74 boksçu mübarizə aparır

17 yaşlı boksçu döyüşdən sonra öldü (26 Mart 2017 11:29)
Ermənistanda növbəti aksiyası keçirilib (23 Mart 2017 22:18)
Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçirilib - FOTO (17 Mart 2017 13:17)

Tarix: 18 Dekabr 2015 16:58


Bakı, 18 dekabr, AZƏRTAC 
Azərbaycan boks məktəbinin banisi, Əməkdar İdman Ustası, SSRİ-nin Əməkdar Məşqçisi Abbas Ağalarovun xatirəsinə həsr olunan ənənəvi turnir keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Boks Mərkəzində təşkil olunan yarışda ölkəmizin gənc idmançıları ilə yanaşı, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və İsraildən 74 dəri əlcək sahibi qalib adı uğrunda mübarizə aparır.
Azərbaycanı turnirdə Elvin Səfərov, Qəzənfər Hacıyev, Seymur İsayev, Elvin Xəlilov, Aqil Qəmbərli, İmaməli Məmmədov, Niyaməddin Allahverdiyev, Ədalət Eminov və başqaları təmsil edirlər.
Ümumilikdə, Azərbaycan yarışa hər birində 10 idmançı olmaqla 3 komanda ilə qatılıb.
Beynəlxalq turnirdə hakim kimi ölkəmizi Əliağa Ramazanov, Emil Qurbanəliyev, Ceyhun Əbiyev, Anar Babanlı və Elxan Quliyev təmsil edirlər.
Yarışa dekabrın 20-də yekun vurulacaq



Teqlər:  Abbas Ağalarovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 74 boksçu mübarizə aparır



RƏYLƏR


Top xəbərlər