Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AXCP sədrinin müşavirinin məhkəməsi başlayıb

AXCP sədrinin müşavirinin məhkəməsi başlayıb

Date: 18 December 2015 16:59

Bu gün Nərimanov rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.  

 

Məhkəmədə həmçinin vəkil Yalçın İmanov bir neçə vəsatət qaldırıb. Vəsatətlər Məmməd İbrahim barəsindəki cinayət işinə xitam verilməsi; həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi; prosesin audio və video çəkilişinin aparılmasına icazə verilməsi; bəzi sübutların işdən xaric edilməsi və müvəkkilinin dəmir qəfəsdən çıxarılıb vəkilinin yanında əyləşməsinə icazə verilməsi haqda olub.

 

Məmməd İbrahimin dəmir qəfəsdən çıxarılaraq vəkilinin yanında əyləşməsinə icazə verilməsi istisna olmaqla, digər vəsatətlər təmin edilməyib.

 

İş məhkəmə baxışına verilib. Məhkəmə iclası dekabrın 28-nə təyin olunub.

 

Xatırladaq ki, Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub. Əvvəlcə ona qarşı CM-nin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Təxminən bir ay sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılaraq CM-nin 221.2.2-ci maddəsinə tövsif olunub. Bu maddənin sanksiyasında iki ilədək islah işləri və ya beş ilə qədər həbs cəzası nəzərdə tutulub.

 


Tags:  AXCP sədrinin müşavirinin məhkəməsi başlayıb

RƏYLƏR


Top news