Səudiyyə Ərəbistanı Həcc ziyarətini təşkil edən şirkətlər üçün qaydaları sərtləşdirib

Səudiyyə Ərəbistanı Həcc ziyarətini təşkil edən şirkətlər üçün qaydaları sərtləşdirib
17:02 18 Dekabr 2015
14 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Həcc İşləri üzrə Nazirliyi zəvvarların yerləşdirilməsi və Həcc ziyarətini təşkil edən şirkətlər üşün lisenziya qaydalarını sərtləşdirib. 
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir. 
Nazirliyin bəyanatında Həcc-operatorları nümayəndələrinin fəaliyyətini təşkil edəcəkləri bir sıra tələblər sadalanır. Şirkətlər zəvvarların yaşaması və nəqli üçün zəruri şərtləri təmin etməlidir. 
Firmalar həmçinin Həcc İşləri üzrə Nazirliyin və krallığın Mülki Müdafiə İdarəsinin bir sıra lisenziyalarını əldə etməlidir. 
"Bu şərtləri pozduğu təqdirdə şirkətlər cəzalandırılacaq", - məlumatda deyilir. 
Qeyd edək ki, sentyabrın 24-də Məkkədəki Mina vadisində baş verən basabas nəticəsində iki mindən artıq zəvvar həyatını itirib. 

Xəbərin orijinal ünvanı: http://report.az/din/seudiyye-erebistani-hecc-ziyareti

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR