Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

XİN: Qazaxıstan MDB-nin buraxılması təklifi ilə çıxış etməyib

XİN: Qazaxıstan MDB-nin buraxılması təklifi ilə çıxış etməyib

Date: 18 December 2015 17:03

Bakı. Yelena Kosolapova - Trend:

Qazaxıstan MDB-nin buraxılması barədə təkliflə çıxış etməyib və MDB-nin üzv ölkələrinə belə təklifin olduğu heç bir sənəd göndərməyib. Bunu Trend-ə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov deyib.

O bildirib: "Söhbət çox güman ki, oktyabrın 16-da Qazaxıstanda MDB Dövlət Başçıları Şurasının iclasındakı məlumatdan gedir. Həmin vaxt Qazaxıstan Prezidenti Nursultan Nazarbayev MDB-nin nizamnamə orqanlarının transformasiyası barədə təşəbbüslə çıxış etmişdi. MDB-nin yenidən formalaşdırılmasından söhbət getməyib".

Qeyd edək ki, Qazaxıstanın MDB-nin buraxılması barədə rəsmi təklif verməsi ilə bağlı məlumatlar yayılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  XİN Qazaxıstan MDB-nin buraxılması təklifi çıxış etməyib

RƏYLƏR


Top news