Sumqayıtda işaxtaranların CV bankı yaradılır

Sumqayıtda işaxtaranların CV bankı yaradılır
17:03 18 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 18 dekabr, AZƏRTAC 
Sumqayıtda gənclərin vahid CV bankı – məlumat bazası yaradılır. Təşkilatçı “Reduco Run” Karyera və Şəxsi İnkişaf Mərkəzidir.
Mərkəzdən AZƏRTAC–a bildirilib ki, CV bankının yaradılmasında məqsəd gənclərin karyera hədəflərinə uyğun olaraq bilik, bacarıq və vərdişlərinin artırılması, onlara məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, informasiya, təlim və konsaltinq xidmətlərinin göstərilməsidir. Belə ki, Sumqayıtda iş axtaran, məşğulluq problemi ilə üzləşən və ya karyerasını inkişaf etdirmək istəyənlər CV-sini Mərkəzə təqdim edə bilərlər. Mərkəz işaxtaranlarla yanaşı, işçi axtaran dövlət və özəl qurumlar haqqında da məlumat bazası yaradır.
“Reduco Run” Karyera və Şəxsi İnkişaf Mərkəzinə müraciət edən şəxslərin bilik və bacarıqlarının artırılması məqsədi ilə artıq bir ilə yaxındır ki, ayrı-ayrı istiqamətlər üzrə treninqlər, seminarlar həyata keçirilir. CV bankına toplanmış informasiyalara əsasən Mərkəz tərəfindən yeni təlim proqramı müəyyən ediləcək, iş axtaranların tələbatına uyğun olaraq təlimlər təşkil ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitda_isaxtaranlarin_CV_banki_yaradilir-912444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR