Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Torpaqdan uzunmüddətli istifadə 15 ilədək azaldıldı

Torpaqdan uzunmüddətli istifadə 15 ilədək azaldıldı

Date: 18 December 2015 17:05

Milli Məclisin bu gün keçirilən plenar iclasında Torpaq Məcəlləsinə dəyişikliklər qəbul edilib.

Trend-in məlumatına görə, müzakirələrdə bildirilib ki, sənəd Məcəlləni təkmilləşdirmək məqsədilə işlənib. Sənədin 50-ci maddəsi aşağıdakı redaksiyada təklif olunur: "Torpaqdan istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli istifadə on beş ilədək müəyyən oluna bilər, uzunmüddətli istifadə isə xüsusi mülkiyyət olan torpaqlar üçün 99 il, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə on beş ildən 49 ilədək müəyyən oluna bilər".

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Milli.Az


Tags:  Torpaqdan uzunmüddətli istifadə 15 ilədək azaldıldı


RƏYLƏR


Top news