Azərbaycan magistral kəmərlərlə neftin nəqlini artırıb

17:07 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, magistral neft kəmərləri ilə xam neft nəqli ötən ilin müvafiq dövründən 0,5% və ya 200 min ton artıq olub.
Nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.
Belə ki, cari ilin yanvar-noyabr ayları ərzində bu kəmər vasitəsilə 31,9 mln. ton neft ötürülüb. BTC ilə neft nəqli ötən ilin müvafiq dövründən 1,3% artıq olub.
Dövr ərzində BTC kəməri ilə 5,2 mln. ton tranzit nefti də nəql edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azerbaycan-magistral-kemerlerle-neftin-neqlini-artirib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR