Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Naməlum şəxslər Türkiyə konsulluğuna hücum edib

Naməlum şəxslər Türkiyə konsulluğuna hücum edib

Date: 18 December 2015 17:09

Türkiyənin Yunanıstanın Selanik şəhərindəki konsulluğuna hücum olub. Lent.az Anadolu agentliyinə istindən xəbər verir ki, naməlum şəxslər konsulluq binasının qarşısında xidmətdə olan polis əməkdaşlarına “molotov kokteyl”ləri atıb.

Atatürkün doğulduğu evdə yerləşən konsulluğa doğru irəliləyən maskalı şəxslər yaxınlıqdakı avtobusa da yandırıcı butulkalar atıblar.

 

Konsulluqdan bildirilib ki, hadisə vaxtı xəsarətalan olmayıb. Bununla belə binanın divarlarına müəyyən qədər ziyan dəyib.

 

Faktla bağlı araşdırmalar başlanılıb.

 

Qeyd edək ki, Selanik şəhərinin Türkiyə üçün xüsusi anlamı var. Selanik Türkiyəyə ən yaxında yerləşən yunan şəhəridir.


Tags:  Naməlum şəxslər Türkiyə konsulluğuna hücum edib

RƏYLƏR


Top news