Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın Milli Qəhrəmanı nişanı və "Şah İsmayıl" ordeni qızıldan olacaq

Azərbaycanın Milli Qəhrəmanı nişanı və "Şah İsmayıl" ordeni qızıldan olacaq

Date: 18 December 2015 17:12

Milli Məclisin bugünkü iclasında Azərbaycanın Milli Qəhrəmanı xüsusi nişanının ("Qızıl Ulduz" medalı) və "Şah İsmayıl" ordeninin təsviri və tərkibinə dəyişiklik edilib.

Trend-in məlumatına görə, "Azərbaycan Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" qanuna əsasən, nişanın ilgək və halqa vasitəsilə 27 mm x 20 mm olan ölçüsü dəyişdirilərək ilgək, halqa və 40 mm enində üçkünc element vasitəsilə 37 mm x 50 mm ölçüdə edilir. Qanunun 1.2.2-ci maddəsində isə "qızıl suyuna çəkilmiş" sözləri "qızıldan" sözləri ilə əvəz edilir.

"Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında" qanuna görə isə ordenin təsviri belə verilir: "Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeni biri digərinin üzərində yerləşdirilmiş, biri digərinə nisbətən ox ətrafında dönmüş iki səkkizguşəli ulduzdan ibarətdir. Arxa şüalar platindən, ön şüalar isə qızıldandır. Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunub. Lövhənin aşağısında "Şah İsmayıl" sözləri yazılıb".

Ordenin hazırda qüvvədə olan təsviri isə belədir: "Şah İsmayıl" ordeni düzgün səkkizguşəli ulduz şəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilib. Arxa tərəfi hamar səthlidir, ortasında "Şah İsmayıl" yazılıb, ondan aşağıda ordenin nömrəsi həkk olunub".

Milli.Az


Tags:  Azərbaycanın Milli Qəhrəmanı nişanı Şah İsmayıl ordeni qızıldan olacaq


RƏYLƏR


Top news