Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hollandiyada sellofan paket qadağası

Hollandiyada sellofan paket qadağası

Date: 18 December 2015 17:12

Hollandiyada ətraf mühitin çirklənməsi ilə mübarizə çərçivəsində alış-veriş zamanı sellofan paketlərin pulsuz verilməsi qadağan edilib.

Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, qadağa gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Qadağa ilə bağlı qanun layihəsi parlamentə Hollandiya İşçi Partiyasının türk əsilli millət vəkili Yasəmən Çeğeren tərəfindən təqdim edilib.

Qanun layihəsinə əsasən, sellofan paketlər yalnız istəyənlər üçün pul qarşılığında satılacaq. Qadağa bütün mağazalar üçün keçərlidir.

Statistikaya əsasən, Hollandiyada ildə təqribən 8 milyard sellofan paket zibilliyə atılır.

Milli.Az


Tags:  Hollandiyada sellofan paket qadağası


RƏYLƏR


Top news