Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın daha bir telekanalı HD yayıma keçir

Azərbaycanın daha bir telekanalı HD yayıma keçir

Date: 18 December 2015 17:13

Bakı. Elmir Murad - Trend:

Yeni ilin ilk günlərindən ATV (Azad Azərbaycan Televiziyası) telekanalı HD yayıma keçəcək. Bunu Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının Texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.

Onun sözlərinə görə, kanal rəhbərliyi artıq bununla bağlı təmsil etdiyi quruma müraciət edib. İ.Məmmədov qeyd edib ki, ən qısa zamanda kanalın HD yayıma keçirilməsi istiqamətində hazırlıq işlərinə başlanılacaq: “ATV-nin HD yayıma keçidi üçün ən müasir tələblərə cavab verən 8 yeni avadanlıq alınacaq. Onların 4-ü bizim Fatmayıdakı, 4-ü isə Günəşlidəki stansiyamızda quraşdırılacaq. Avadanlıqların alınıb gətirilməsi müəyyən zaman tələb edir. Buna görə də kanalın HD formatda yayımı gələn ay baş tutacaq”.

Qeyd edək ki, HD yayımda sürət artırılır və texniki problem yaranmır, donmalar olmur, görüntü isə daha aydın və keyfiyyətli olur. Hazırda Azərbaycanda "İdman Azərbaycan" və "CBC Sport" telekanalı HD formatda yayımlanır.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycanın telekanalı HD yayıma keçir

RƏYLƏR


Top news