Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yeni hakim təyinatları olub

Azərbaycanda yeni hakim təyinatları olub

Tarix: 18 Dekabr 2015 17:13

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda bir neçə məhkəməyə yeni hakimlər təyin edilib.

Trend-in məlumatına görə, bu barədə qərar Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilib.

Belə ki, Ali Məhkəmənin hakimi Tapdıq Mahmudov Gəncə Apelyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

Bundan əlavə, Bakı, Sumqayıt və Şirvan Apelyasiya məhkəmələrinə də hakimlər təyin edilib.

Kəmalə Abiyeva Bakı Apelyasiya Məhkəməsinə, Xəyalə Cəmilova və Fərmayıl Zeynallı Sumqayıt Apelyasiya Məhkəməsinə, Rafael Eyvazov isə Şirvan Apelyasiya Məhkəməsinə hakim təyin olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Azərbaycanda yeni hakim təyinatları olub



RƏYLƏR


Top xəbərlər