Portuqaliya kvota üzrə qaçqınları qəbul etməyə başlayıb

Portuqaliya kvota üzrə qaçqınları qəbul etməyə başlayıb
17:18 18 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Lissabon, 18 dekabr, AZƏRTAC
Avropa İttifaqı ölkələri arasında əldə olunan razılaşmaya əsasən təyin edilmiş kvotalara uyğun olaraq, Portuqaliya 4500 nəfər qaçqın qəbul etməyi öhdəsinə götürüb. Artıq ilk 24 nəfər qaçqın Lissabona gətirilib. Onlar Eritreya, Sudan, Suriya, İraq və Tunis vətəndaşlarıdır.
Romadan təyyarə ilə Lissabona gələn qaçqınları Portuqaliyanın daxili işlər nazirinin müavini qarşılayıb. O, ölkənin Baş naziri Antonio Kosta adından bildirib ki, Portuqaliya Avropaya gələn qaçqınların qəbulu məsələsində məsuliyyətli davranacaq və üzərinə düşəni yerinə yetirəcək.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Portuqaliya_kvota_uzre_qachqinlari_qebul_etmeye_baslayib-912450

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR