"Bu məsələdə dərəbəylik yarana bilməz"

"Bu məsələdə dərəbəylik yarana bilməz"
17:27 18 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Komitə sədrləri və deputatlara parlamentin plenar iclaslarında növbədənkənar çıxış etmək hüququ veriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Hazırkı nizamnaməyə əsasən, Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdir. Həmçinin deputatlara eyni anda iki komitənin üzvü olmaq hüququ verilib.

Musa Quliyev də bildirib ki, dinləmələrin komitələr tərkibində təşkil edilməsinin proseduru müəyyənləşməlidir.

Fərəc Quliyev təklif edib ki, Dağlıq Qarabağ komitəsinin yaradılmasına ehtiyac var. "Hər bir komitədə icra strukturlarının rəhbərlərinə Milli Məclis tərəfindən rəy vermək imkanı olsun və onların hesabat vermək imkanlarının komitələrdə dinlənilməsi yaxşı olardı".

Siyavuş Novruzov isə çıxışında deputatlara növbədənkənar çıxış imkanının verilməsi ilə bağlı dəyişikliyə etiraz edib. O deyib ki, qanun layihəsində köhnə variant qalmalıdır: "Etirazımın səbəbi odur ki, bu məsələ necə tənzimlənəcək. Çünki komitə sədrlərini başa düşmək olar. Hansısa məsələ olanda onlara söz verilməsi başa düşüləndir. Burada 20 nəfər çıxışa yazılır. Söz verməyəndə deyirlər ki, daxili nizamnaməni pozursunuz. Veriləndə isə kənar çıxışlar olur".

Spiker S.Novruzova cavab verərək qeyd edib ki, söz vermək səlahiyyəti ona məxsusdur: "Hansısa deputat ezamiyyətə göndərilə bilər və o, gələndə çıxış etmək istəyə bilər. Belə olan halda ona növbədənkənar çıxış imkanı verilməlidir və bu məsələ də mənim səlahiyyətimdədir. Bu məsələdə dərəbəylik yarana bilməz.

Həm də komitə iclasında məsələ qaldırıldı ki, niyə Milli Məclis sədrinin müavinlərindən biri müxalifət, azlıqda qalan partiyaların nümayəndələrindən olmur? Düzdür, o məsələyə cavab verilmədi. Sonra mən bəzi yoldaşlarla söhbət edərək dedim ki, nə vaxt azlıqda qalan ən az 25 nəfərlik qrup yaradar, o zaman bu təkliflə çıxış edərlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/391335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR