Azərbaycanda daha bir sənaye parkı yaradılacaq

Azərbaycanda daha bir sənaye parkı yaradılacaq
17:28 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda daha bir sənaye parkının yaradılması planlaşdırılır. Trend-in məlumatına görə, bunu jurnalistlərə İqtisadiyyat və Sənaye Nazirliyinin Sənaye şöbəsinin müdiri Səməd Bəşirli deyib.

Onun sözlərinə görə, dövlət proqramına uyğun olaraq yaradılacaq Gəncə Sənaye Parkı metallurgiya sahəsində ixtisaslaşacaq: "Qanunvericiliyə əsasən, əvvəlcə sənaye parkının yaradılması haqqında sərəncam imzalanmalıdır, bundan sonra müvafiq orqanlar park üçün ərazi ayırmaq və infrastrukturun yaradılması üzrə işlər görmək barədə göstəriş alırlar".

S.Bəşirli qeyd edib ki, dövlət proqramına müvafiq olaraq bu işlər yaxın 2-3 ildə həyata keçiriləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2471357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR