Qənirə Paşayeva Adnan Menderes universitetində olub

Qənirə Paşayeva Adnan Menderes universitetində olub
17:29 18 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Aydın şəhərində Adnan Menderes Universitetinin rəhbərliyi və müəllimləri ilə görüşüb.

 

Lent.az-ın məlumatına görə, Q. Paşayeva görüşdə Adnan Menderes universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin, burada təhsil alan azərbaycanlı tələbələrin sayının getdikcə artmasının müsbət hal olduğunu qeyd edərək, onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib.

Millət vəkili universitetin rəhbərliyinə və müəllimlərinə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib,

Q. Paşayeva universitetdə Azərbaycan mərkəzinin açılması təklifi ilə də çıxış edib.

Millət vəkili Qənirə Paşayeva mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən universitetə hədiyyə ediləcəyini də deyərək Azərbaycan mərkəzinin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıb.

Universitet rəsmiləri də öz növbəsində  təklifi dəstəkləyiblər və yaxın zamanlarda bu məsələyə baxılacağını bildiriblər.

Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə, oxumağa, öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb.

 

Sonda Q.Paşayeva Adnan Menderes Universiteti rəhbərliyinə, müəllimlərə və universitetin kitabxanasına həmmüəllifi olduğu “Karabağ hikayeleri”, “ Hocalı Soykırımı: tanıkların dilinden” kitabını və digər kitablarını hədiyyə edib. 

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225745

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR