Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xeyirxah aksiya - “Bayram hər evdə yaşansın”

Xeyirxah aksiya - “Bayram hər evdə yaşansın”

Date: 18 December 2015 17:33


Sumqayıt, 18 dekabr, AZƏRTAC 
Sumqayıt şəhərində aztəminatlı ailələr üçün “Bayram hər evdə yaşansın” adlı xeyriyyə aksiyasına başlanılıb. Aksiya “SOS Uşaq Kəndləri - Azərbaycan”ın Sumqayıt Ailələrə Dəstək Layihəsinin təşəbbüsü ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində Sumqayıt şəhərində yaşayan ən azı 50 aztəminatlı ailəyə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar bayram sovqatının verilməsi planlaşdırılır. Bayram günlərində aztəminatlı ailələri sevindirmək istəyən şəxslər aksiyaya qoşula bilərlər. Ünvan: “SOS Uşaq Kəndləri – Azərbaycan” Sumqayıt Ailələrə Dəstək Layihəsinin ofisi, Sumqayıt şəhər 4-cü mikrorayon, 29/4, mənzil 3. Əlaqə telefonları: 65-4-82-09, mob: 055-277-44-19, 055-209-45-00.
Xeyriyyə aksiyası dekabrın 26-dək davam edəcək.

Tags:  Xeyirxah aksiya Bayram hər evdə yaşansın


RƏYLƏR


Top news