Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib - Azərbaycanda

Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib - Azərbaycanda

Date: 18 December 2015 17:34

 

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın bir neçə apellyasiya məhkəməsinə yeni hakimlər təyin edilib.

 

APA-nın məlumatına görə, Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun vəzifəsi dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. Bakı, Sumqayıt və Şirvan apellyasiya məhkəmələrinə də yeni təyinatlar olub. Kəmalə Abiyeva Bakı Apellyasiya Məhkəməsinə, Xəyalə Cəmilova və Fərmayıl Zeynallı Sumqayıt Apellyasiya Məhkəməsinə, Rafael Eyvazov isə Şirvan Apellyasiya Məhkəməsinə hakim vəzifəsinə təyinat alıb.


Tags:  Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib Azərbaycanda

RƏYLƏR


Top news