Metropoliten ventilyatorları yeniləyir

Metropoliten ventilyatorları yeniləyir
17:34 18 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

"Bakı Metropoliteni"ndə son illər tunel ventilyasiya sistemlərinin müasirləşməsi sahəsində yeniliklərin tətbiqi intensivləşdirilib. Xüsusən istismar müddəti başa çatmaqda olan metro ventilyatorlarının daha güclüləri ilə əvəzlənməsi və ya modernləşdirilməsi prosesi sürətləndirilib.

“Bakı Metropoliteni”nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu ilin planına uyğun olaraq, «Gənclik» və «Nərimanov» stansiyalarında metropolitenin istismara verildiyi günlərdən istifadədə olan ventilyatorlar sökülərək, əvəzinə Almaniya istehsalı olan LTL TA tipli müasir analoqları qoyulub. Bu qurğular metropolitendə son illərdə tətbiq edilir. «Nəsimi», «Azadlıq prospekti», «Dərnəgül», həmçinin yeni xəttin istismara veriləcək «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyalarında da bu avadanlıqlar quraşdırılıb.


Əvvəlkilərlə müqayisə etdikdə, bu avadanlıqlar gücünə, məhsuldarlığına, texniki qulluq parametrlərinə görə, həcminin daha kiçik və münasib olması ilə fərqlənir. Qayışlı hərəkət ötürücüsünün əvəzinə dişli çarxdan istifadə olunması, mühərrikin gücünün xeyli artıq olması hava axınının tənzimlənməsində xüsusi rol oynayır.


Məlumatda bildirilir ki, ötən günlərdə istismara verilmiş ventilyatorların normal iş rejimində çalışması təmin edilib. Qarşıdakı dövrdə də  Rusiyadan alınmış daha 6 yeni ventilyatorun quraşdırılması və bir o qədər də rotor qrupunun dəyişdirilməsi nəzərdə tutulur. Bu tədbirlərlə yeraltı yollarımızda ventilyasiya sisteminin təkmilləşməsi sahəsində daha bir mühüm mərhələ geridə qalacaq.

Qeyd edək ki, metroda ventilyasiya qurğularının təkmilləşdirilməsi sərnişinlər üçün daha rahat şəraitin yaradılması, eləcə də onların təhlükəsizliyinin etibarlığının artırılması məqsədi daşıyır. Yanğın, tüstülənmə hallarında, stansiyalarda və tunellərdə hava kütləsinin, temperatur rejiminin tənzimlənməsində, ətraf mühitin qorunmasında onların rolu böyükdür.

 

 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225750

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR