"Səs Azərbaycan" jüri üzvləri necə seçilib? - müsahibə

"Səs Azərbaycan" jüri üzvləri necə seçilib? - müsahibə
17:36 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Televiziyasında nümayiş olunan son günlərin səs-küylü musiqi yarışması “Səs Azərbaycan”la bağlı sualları AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova cavablandırıb.

Axşam.az teleqraf.com-a istinadən müashibəni təqdim edir.

- Xatirə xanım, ilk sualımız “Səs Azərbaycan”ın münsiflər heyəti barədə olacaq. Bu heyət hansı prinsiplər əsasında və necə seçilib?

- Bildiyiniz kimi “Səs Azərbaycan”ın feysbukda səhifəsi var. Biz layihənin hazırlıq mərhələsində sözügedən sosial şəbəkədə “münsiflər heyətində kimləri görmək istəyirsiniz” adlı bir sorğu təşkil etdik. O sorğuda populyar müğənnilərin siyahısını təqdim etmişdik. Ən çox səs yığan müğənnilər isə Mübariz Tağıyev, Faiq Ağayev, Manana Çaparizde və Tünzalə Ağayeva oldu. Sonra həmin siyahı “Talpa” beynəlxalq şirkətinə göndərildi. Onlar həmin şəxslərin nə qədər populyar olduğunu sosial şəbəkələr vasitəsilə özləri araşdırdılar və məşhur olduqlarına əmin olduqdan sonra siyahını təsdiq etdilər. 

- Həm sosial şəbəkələrdə, həm də mütəxəssislərlə söhbətimizdə yarışmaya yönəlik önəmli iradlardan biri də iştirakçıların daha çox əcnəbi mahnılar oxuması ilə bağlıdır. Repertuarı kimlər seçir? 

- Repertuarı, yəni oxuyacaqları musiqiləri ifaçılar özləri seçir. Bu məsələdə onlara müdaxilə edilmir. Bizdə çox demokratik atmosfer hökm sürür.  Bu yarışma “Talpa” beynəlxalq şirkətinin lisenziyası əsasında gerçəkləşir. Və şərtləri beynəlxalq şirkət özü müəyyənləşdirir. Yəni bizim onlara nəyisə diqtə etməyə ixtiyarımız yoxdur. Aramızda müqavilə imzalamışıq və onun bütün şərtlərinə də əməl etməliyik. 

- O müqavilədə yerli və əcnəbi mahnıların hansı proporsiyalarla ifa olunması nəzərdə tutulur?

- Bəli. Yerli və əcnəbi mahnılara neçə faiz yer verilməsi məsələsi də şərtlərdə öz əksini tapır. Amma “Rinq” mərhələsində Azərbaycan mahnıları 40 faiz təşkil edəcək. 

- O zaman bu ifaçıların mahnı seçiminə də təsir edir. 

- Bu layihədə klassik estrada, pop, caz əsərləri ifa olunmalıdır. Burda başqa əsər, başqa janr olmamalıdır. Misal üçün xalq mahnısı, muğam olmamalıdır. Çünki “Səs Azərbaycan” sırf estrada müsabiqəsidir. Bilirsiniz ki, bizdə Heydər Əliyev Fondunun dəstəyi ilə iki ildən bir muğam müsabiqəsi keçirilir. Yəni AzTV olaraq muğam və xalq mahnılarının təbliği ilə hər zaman məşğul oluruq. 

- Ümumi göstəricilərə baxanda Azərbaycan mahnıları həddən artıq az ifa olunur. Narahatlıq daha çox bununla bağlıdır. “O səs Türkiyə” yaxud digər yarışlarla müqayisə edəndə bu nəticəyə gəlmək olar...

- “O səs Türkiyə” formatdan çıxıb. Amerika, Böyük Britaniya, Avstraliyada da “Voice” yarışması keçirilir. Bu yarışmaların hamısına baxmışıq. Sözümün canı odur ki, biz yalnız “O səs Türkiyə” yaxud Rusiyanın “Qolos”una baxmaqla kifayətlənməmişik. Bütün dünyada nümayiş olunan “Voice” yarışmalarına baxsanız görərsiniz ki, hamısında eyni qaydalar mövcuddur. “Talpa”nın  şərti budur.  Onu da deyim ki, bu çox nəhəng proyektdir. Və eyni anda bir neçə yerdən çəkilişlər gedir. Biz proyekti həyata keçirmək üçün 200 nəfərə qədər beynəlxalq komandanı dəvət etmişik. Bu komandada “Voice” proyekti üzrə püxtələşmiş heyət çalışır. Ona görə orada hansısa tanışlıqdan, hansısa qeyri-peşəkarlıqdan söhbət gedə bilməz. Bundan başqa komandanın tərkibində kanalımızın əməkdaşları da yer alırlar. Bu onlar üçün böyük şans və təcrübə deməkdir. 

- Xatirə xanım, “O səs Türkiyə”nin də yaradıcı heyəti burda yarışmanın seçmələrini həyata keçirdilər. Orda iştirak edən bir xanım iddia edirdi ki, “Səs Azərbaycan”a qatılıb, səsi bəyənilsə də ondan 500 manat istənilib.

- Mən belə bir xəbərlə qarşılaşmamışam. Yenə deyirəm yarışmaya cəlb olunan beynəlxalq komanda ifaçıları qətiyyən tanımır. Ona görə belə bir hal ola bilməz. Bu böhtandan başqa bir şey deyil. 

- “Səs Azərbaycan”ın yaradıcı heyəti yarışmanın feysbukdakı səhifəsində yazılan iradlara, təndiqlərə nə dərəcədə açıqdır. O iradları diqqətdə saxlayırsınızmı?

- Biz hər bir fikrə hörmətlə yanaşan telekanalıq. Hərənin öz fikri var. Mən yarışma barədə yazılan fikirlərlə tanışam. Artıq birinə də münasibətimi bildirdim. Amma orada kiminsə “yarışmanı qeyri- peşəkarlar çəkirlər”, “onların orijinal versiyadan xəbərləri yoxdur” kimi yazılarına rast gələndə Qriboyedovun “Ağıldan bəla” əsərində “Bəs hakimlər kimdir” məşhur kəlamı yadıma düşür. “Səs Azərbaycan”da beynəlxalq heyət çalışır, onlar peşəkar mütəxəssislərdir.  Bir insan ki, o peşəkarların işini dəyərləndirə bilmir, mən elə adamın fikrinə münasibət bildirə bilmərəm. Onun heç tənqidini də qəbul edə bilmərəm. Çünki o təndiq özü peşəkarlıqdan kənardır.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Avroliqada final gecəsi - YENİLƏNİR

24 May 2017 22:07

Mövsümün dəbli eynək modelləri - FOTO

24 May 2017 22:05

“...sifətimə şillə vurdu, burnum qanadı” - tanınmış baş redaktor

24 May 2017 22:04

Çində daşqın - Milyonlarla...

24 May 2017 22:03

"TEDxKhazarUniversity" baş tutdu

24 May 2017 21:59

Cocuq Mərcanlıda həyat canlanır - VİDEO

24 May 2017 21:57

Suyu niyə ikinci dəfə qaynatmaq olmaz?

24 May 2017 21:57

Mançester terrorçusunun qardaşı saxlanıldı

24 May 2017 21:56

25 yaşlı oğlan spirtli içkidən komaya düşdü

24 May 2017 21:54

Bu üsul sizi bəyaz dişlərə qovuşduracaq

24 May 2017 21:52

Nazir: “Neft razılaşmasının müddəti uzadılacaq”

24 May 2017 21:49

Acı bibərin İNANILMAZ FAYDALARI

24 May 2017 21:47

Bu ilin dəbli cinsləri: belə geyinin - FOTO

24 May 2017 21:47

Uşaqlar və böyüklər üçün faydalı qida

24 May 2017 21:42

Nazirlik: Məhsula bir neçə dəfə dərman vurulmasa...

24 May 2017 21:42

Cinsi inqilab - Ondan nə gözləyirdilər, nəticə necə oldu?

24 May 2017 21:37

Şamaxıda sel suları iki körpünü uçurub, bir kəndlə əlaqə kəsilib

24 May 2017 21:37

Heyvanlar da yoqayla məşğul olurmuş... - MƏZƏLİ FOTOLAR

24 May 2017 21:37

Ekzotik saç düzümləri - VİDEO

24 May 2017 21:37

20 ölü, 48 yaralı -

24 May 2017 21:37

Saxta saat və eynəklər XƏRÇƏNG xəstəliyi yaradır - DİQQƏT!

24 May 2017 21:33

Yaponiyalı alimlər daha bir yeniliyə imza atıblar

24 May 2017 21:27

Azərbaycanda möcüzə kimi yol:

24 May 2017 21:25

Suğra Bağırzadə: "Güllərim bir-biri ilə danışır" - FOTO

24 May 2017 21:22

26 yaşlı gənc zəhərlənib

24 May 2017 21:17

“Fitch” Beynəlxalq Bankın reytinqini endirdi

24 May 2017 21:14

Xalq artisti sirləri açdı: "Mənə imkan verməyiblər, gileyliyəm..." - FOTO

24 May 2017 21:12

Şəmkirdə qadın dərmandan zəhərləndi

24 May 2017 21:09

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

24 May 2017 21:05

2017-ci ilin ən qeyri-adi toy FOTOLARI

24 May 2017 21:03

Sentyabrın 30-u Beynəlxalq Tərcümə Günü elan edilib

24 May 2017 21:01

Çində daşqın - Milyonlarla dollar ziyan dəydi

24 May 2017 21:01

Avropa Liqasının qalibi kim olacaq -

24 May 2017 20:58

Telekanal rəhbəri canlı efirə qoşulub aparıcını acıladı - VİDEO

24 May 2017 20:57

Emin Mahmudov "Boavista"da qalır?

24 May 2017 20:52

Mançester terrorçusunun kiçik qardaşı tutuldu

24 May 2017 20:49

Azərbaycanın voleybol yığması dünya çempionatının ilk seçmə oyununda Türkiyəyə uduzub

24 May 2017 20:47

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" müxtəlifölçülü avtoşin və akkumlyator axtarır

24 May 2017 20:47

Türkiyədə quran oxumaq yarışı keçiriləcək

24 May 2017 20:44

Lukaşenko prezident İlham Əliyevi təbrik edib:

24 May 2017 20:44

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

24 May 2017 20:43

Emma oğlu ilə gəzintidə - FOTO

24 May 2017 20:42

Övladı yaşında qadınlarla evlənən TARİXİ ŞƏXSİYYƏTLƏR - FOTO

24 May 2017 20:37

Azərbaycanda daha bir biznes-forum keçiriləcək - İordaniya ilə

24 May 2017 20:36

"Heç kəsin bilmədiyini arayıram" - yarıçılpaq Rianna - FOTO

24 May 2017 20:32

Avtobus dayanacağında partlayış: 1 ölü

24 May 2017 20:28

Timsahı əvvəl gəzdirdi, sonra kabab etdi

24 May 2017 20:27

Xocalı aerportundan uçuş olsa, Azərbaycan hansı addım atacaq? - AÇIQLAMA

24 May 2017 20:27

Dünya ticarət həcmi ilk rübdə 1,4% artıb

24 May 2017 20:27

İndoneziyada ardıcıl partlayışlar baş verib:

24 May 2017 20:26