Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lənkəranda apteklərin qənimi olan dostlar tutuldu

Lənkəranda apteklərin qənimi olan dostlar tutuldu

Date: 18 December 2015 17:36

Lənkəran polisi rayon ərazisində oğurluqla məşğul olan şəxsləri zərərsizləşdirə bilib. Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, daxil olan şikayət ərizələrinə müvafiq olaraq əməliyyat-axtarış tədbirləri keçirilib.

Əməliyyat zamanı rayon sakinləri 28 yaşlı Murad Rəşadət oğlu Ağayev və 17 yaşlı Taleh Heydər oğlu Bədəlov şübhəli şəxs qismində saxlanılaraq istintaq cəlb olunublar.



Araşdırmalar zamanı həmin şəxslərin bir sıra ticarət obyektlərindən qanunsuz yollarla müxtəlif növ noutbooklar, aksessuarlar oğurladıqları aşkara çıxıb.

Məlum olub ki, "dostlar" apteklərə də qanunsuz yolla daxil olaraq, ordan müxtəlif növ dərman preparatları oğurlamağa müvəffəq olublar.



Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Tags:  Lənkəranda apteklərin qənimi olan dostlar tutuldu

RƏYLƏR


Top news