Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ASAN Könüllüləri yeni mükafatla təltif edildi (FOTO)

ASAN Könüllüləri yeni mükafatla təltif edildi (FOTO)

Date: 18 December 2015 17:38

Bakı. Trend:

ASAN Könüllülərinin rəsmi web səhifəsi olan www.asanyouth.az saytı İctimai-sosial saytlar nominasiyası üzrə Milli İnternet Mükafatı 2015-in qalibi seçilib.

Trend-in məlumatına görə, Milli Net 2015-ə 14 nominasiya üzrə 374 internet resurs təqdim olunub və onlardan yalnız 299 sayt yarışmaya buraxılıb. Azərbaycan İnternet Forumu tərəfindən 3 istiqamət üzrə peşəkarlardan ibarət olmaqla formalaşdırılan Münsiflər Heyəti 2-ci səsvermə prosesində 97 Nominant sayt arasından ən yaxşılarını seçib.

4 ay müddətində davam edən yarışmanın nəticəsi olaraq ASAN Könüllülərinin www.asanyouth.az saytı İctimai-sosial saytlar nominasiyası üzrə bütün rəqiblərini üstələyərək qalib gəlib.

Mükafatı qəbul edən “ASAN Könüllüləri” Təşkilatının İctimaiyyətlə Əlaqələr departamentinin sədri Nicat Əmiraslanov bu mükafatda 6000-lik ASAN Könüllüsü ailəsinin payı olduğunu bildirib və bütün ASAN Könüllülərini təbrik edib.

Qeyd edək ki, "ASAN Könüllüləri" Təşkilatı İctimai Biliyinin missiyası Könüllülərin inkişafına şərait yaratmaqla ölkəmizin dayanıqlı inkşafı üçün çalışan, cəmiyyətə faydalı könüllülər şəbəkəsi qazandırmaqdır. Birlik bu sahədə bir çox tədbir və layihələr həyata keçirir. Birliyin rəsmi internet səhifəsi olan www.asanyouth.az saytı Birliyin KİV-lə və ictimaiyyətlə əlaqələr sahəsində işlərin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin edir. Birliyin fəaliyyəti haqqında məlumatlar, bu saytda yerəşdirilir və daim yenilənir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  ASAN Könüllüləri yeni mükafatla təltif edildi FOTO


RƏYLƏR


Top news