Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeni hakim təyinatları olub - SİYAHI

Yeni hakim təyinatları olub - SİYAHI

Date: 18 December 2015 17:42

Azərbaycanda bir neçə məhkəməyə yeni hakimlər təyin edilib.

Trend-in məlumatına görə, bu barədə qərar Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilib.

Belə ki, Ali Məhkəmənin hakimi Tapdıq Mahmudov Gəncə Apelyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

Bundan əlavə, Bakı, Sumqayıt və Şirvan Apelyasiya məhkəmələrinə də hakimlər təyin edilib.

Kəmalə Abiyeva Bakı Apelyasiya Məhkəməsinə, Xəyalə Cəmilova Fərmayıl Zeynallı Sumqayıt Apelyasiya Məhkəməsinə, Rafael Eyvazov isə Şirvan Apelyasiya Məhkəməsinə hakim təyin olunub.

Milli.Az


Tags:  Yeni hakim təyinatları olub SİYAHI


RƏYLƏR


Top news