Şəhidimiz torpağa tapşırıldı

Şəhidimiz torpağa tapşırıldı
17:47 18 Dekabr 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün  qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Həmidov Taleh Saleh oğlu həlak olub. Şəhidin nəşi bu gün doğulduğu kəndə gətirilib.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, onun 3 rəngli bayrağa sarılmış tabutu böyük izdihamla qarşılanıb. Şəhidin dəfn mərasimində xidmət etdiyi bölgənin zabit və əsgər heyəti, rayon rəhbərliyi, kənd sakinləri və qohumları iştirak ediblər.

Həmidov Taleh Saleh oğlu 6 ay öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şamaxı bölməsindən hərbi xidmətə yola salınıb. Ötən gecə isə Talehin şəhid olma xəbəri ailəsinə çatdırılıb. Hərbi xidmətə yola salınarkən cəbhə bölgəsində xidmət edəcəyini eşidəndə isə o, çox sevinmişdi.

Ata-anasının yeganə övladı olan Taleh öz igidliyi, qoçaqlığı ilə də seçilirdi. Son vaxtlar cəbhə bölgəsində şücaətli xidməti ilə öz əsgər yoldaşlarına da nümunə olub. Şəhid Taleh Həmidov ötən gün atası ilə danışıb. Sonuncu dəfə atası ilə telefon danışığında Taleh  atasına "narahat olmayın, özünüzdən muğayat olun" deyib. Bir neçə saatdan sonra isə ata öz övladının şəhildik xəbərini eşidib.

Allah şəhidimizə rəhmət etsin!

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR