Paytaxtda tələbə qızın liftin şaxtasına yıxılması ilə bağlı cinayət işi açıldı

Paytaxtda tələbə qızın liftin şaxtasına yıxılması ilə bağlı cinayət işi açıldı
17:48 18 Dekabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Paytaxtda tələbə qızın liftin şaxtasına yıxılması ilə əlaqədar cinayət işi açılıb.

Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, dekabrın 17-də saat 11 radələrində 1998-ci il təvəllüdlü, 1 saylı Bakı Tibb Kollecinin tələbəsi Esmira Əhmədova Səhiyyə Nazirliyinin paytaxtın Yasamal rayonunda yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin inzibati binasının 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılaraq 1-ci mərtəbədə dayanmış vəziyyətdə olan liftin üzərinə düşüb. E.Əhmədova aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2471426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR