Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Microsoft” ilə birgə İşçi qrup yaradılır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Microsoft” ilə birgə İşçi qrup yaradılır

Date: 18 December 2015 17:48

Bakı. Hüseyn Vəliyev - Trend:

Rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən Ramin Quluzadə dekabrın 18-də “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş meneceri Maykl Koqler ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə Azərbaycanın dövlət qurumlarında istifadə olunan “Microsoft” proqram təminatlarının lisenziyalaşdırılması və bu məsələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaş kimi çıxış etməsi, elektron imza alqoritmlərində yeni texnologiyaların tətbiqi müzakirə olunub.

Maykl Koqler bildirib ki, “Microsoft” Azərbaycanla əməkdaşlığa və bu əməkdaşlığın genişləndirilməsinə maraqlıdır.

Ramin Quluzadə nazirliyin qeyd olunan əməkdaşlığa açıq olduğunu deyib və irəli sürülən təkliflər əsasında İşçi qrupun yaradılması təklif olunub.

İşçu qrup mövcud vəziyyəti araşdırmalı və əməkdaşlığın perspektivləri ilə bağlı konkret təkliflər hazırlamalıdır.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Rabitə Yüksək Texnologiyalar Nazirliyində Microsoft birgə İşçi qrup yaradılır


RƏYLƏR


Top news