Visente del Boske: Milli komanda ilə işləmək digər məşqçilərin də haqqıdır

Visente del Boske: Milli komanda ilə işləmək digər məşqçilərin də haqqıdır
17:48 18 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Futbol üzrə İspaniya yığmasının baş məşqçisi Visente del Boske “Avro-2016”dan sonra millidəki karyerasını başa vuracağını açıqlayıb.
AZƏRTAC “Marca” qəzetinə istinadla xəbər verir ki, 62 yaşlı mütəxəssis bu qərarın səhhəti ilə bağlı olduğunu deyib.
Bildirib ki, əgər hər şey normal gedişlə davam etsə, mən “Avro-2016”dan sonra yığmada karyerama son verəcəyəm. Səbəb isə mənim səhhətimlə bağlıdır. Artıq səkkiz ildir yığmada fəaliyyət göstərirəm və vəzifədən tutub qalmaq fikrim də yoxdur. Çünki milli komanda ilə işləmək digər məşqçilərin də haqqıdır. Futboldan həzz almaqla çox məqamlar yaşamışam. Amma hazırda məşqçilik karyeramın sonuna yaxınlaşmışam. Ömrümü adi həyat tərzi ilə davam etdirəcəyəm.
Qeyd edək ki, Visente del Boske 2008-ci ildən baş məşqçi kimi İspaniya yığmasında çalışır. O, milli ilə 2010-cu il dünya və 2012-ci ildə isə Avropa çempionatlarını qazanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Visente_del_Boske_Milli_komanda_ile_islemek_diger_mesqchilerin_de_haqqidir-912462

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR