Milli Məclisdə QALMAQAL

Milli Məclisdə QALMAQAL
17:57 18 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bu gün keçirilən plenar iclasında Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Milli.Az-ın azvision.az-a istinadən məlumatına görə, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, dəyişikliyə əsasən, Xəzər dənizinin Azərbaycan hissəsində sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki şəxslər 4 min manat, vəzifəli şəxslər 8 min manat, hüquqi şəxslər 40 min manat miqdarda cərimələnəcək.

Qeyd edilib ki, bu, təkrar törədildikdə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat miqdarında cərimələnəcək.

Qanun layihəsinə əsasən, Xəzərin Azərbaycana mənsub bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər.

Sahil boyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlana bilər.

Dövlətin iqtisadi və ya təhlükəsizlik mənafeyinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər.

Qanun layihəsinin müzakirəsi zamanı gərgin anlar yaşanıb.

Deputat Fazil Mustafa çıxışı zamanı dənizin imkanlı şəxslər tərəfindən hasarlanmasından şikayətlənib: "Ayrı-ayrı şəxslər imkanlarından istifadə edərək dənizin kənarlarını hasarlayırlar. İnsanların dənizə girişinə qadağa qoyulur. Dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmaması ciddi problemlər yaradacaq. Nəqliyyatın sərbəst hərəkəti üçün yol qoyulmalıdır. Hasarlar aradan qaldırılmalıdır.

Bu gün dənizkənarı ətraf yerlərdə vəziyyət belədir. Vətəndaşların istirahət hüquqi pozulur. Ona görə bu məsələyə prinsipial yanaşmaq lazımdır. Dənizin insanların üzünə bağlanmasının qarışısı alınmalıdır. Xəzərin bu cür istismar olunmasına, təbii sərvətin insanların əlindən alınmasına son qoyulmalıdır".

Deputat Elmira Axundova bildirib ki, Abşeron, Qaradağ, Sumqayıt və bir çox yerlərdə dəniz daş hasarlarla bağlanıb: "Keçən iclaslarda Zeynəb Xanlarova, Siyavuş Novruzov bildirdi ki, bu hasarlar sökülsün. Lakin burada göstərilən daş hasarların hündürlüyü bundan sonrakılara şamil ediləcək. Bunun isə elə də böyük əhəmiyyəti olmayacaq. Mən başa düşürəm ki, qanun geriyə şamil olunmur. Bu, ümummilli məsələdir, milləti narahat edən məsələdir. Hesab edirəm ki, bu qadağa çəkilmiş hasarlara da aid edilməlidir".

Komitə sədri Eldar İbrahimov isə deputatları mövzudan kənar danışmaqda günahlandırıb.

Vitse-spiker Ziyafət Əsgərov Eldar İbrahimovun fikirlərini dəstəklədiyini bilidib. Bu isə bəzi deputatların etirazına səbəb olub.

Deputat Fəzail Ağamalı həmkarlarına danışmaq üçün söz verilməməsindən şikayətlənib. "İcazə verin, qanunların müzakirəsində bizə verilmiş hüquqdan istifadə edərək çıxış edək, sözümüzü deyək. İndi niyə bunu malalayırıq. Bu, milləti narahat edən məsələdir. Yayda vətəndaşlar dincəlməyə gedə bilmirlər. Xahiş edirəm bir-birimizə təmkinli yanaşaq".

Deputat Zahid Oruc da müzakirə zamanı həmkarlarına etirazını bildirib: "Yeni çağırış parlamentin yalnız bir iclası keçirilib. Siz bu qədərmi yorulmusunuz? Parlament müzakirələr yeridir. Kürəyimizdən təzyiq edirsiniz. Çıxış etmək istəyirik, yerdən səs-küy gəlir. Kim istəmirsə, durub gedə bilər. Onsuz da, heç kim dövlətin əleyhinə çıxış edən deyil. Biz sədarətdən icazə alıb, konstitusion hüququmuzdan istifadə edərək çıxış edirik. Sizə hörmət edirik, siz də bizə hörmət edin. İmkan verin ki, çıxış edək".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Nərimanovda yaşayış binasında yanğın

21 İyul 2017 14:44

Bakıda 500-ə yaxın adam qida zəhərlənməsindən xəstəxanaya düşdü

21 İyul 2017 14:43

Paytaxtda yaşayış binasında yanğın

21 İyul 2017 14:42

"Qəbələ" köhnə tanışı ilə yenidən görüşəcək

21 İyul 2017 14:42

“Ərim məni əxlaqsız otellərə aparırdı” – HƏBSDƏ OLAN QADIN

21 İyul 2017 14:39

Arvadını əxlaqsızlıq yuvalarına apardı və... - Katibənin əri ilə birgə AĞLAGƏLMƏZ ƏMƏLLƏRİ

21 İyul 2017 14:38

İrem Derici Lider Şahinlə barışdı - FOTO

21 İyul 2017 14:37

Quraşdırılmış antivirus “Android” sistemli qurğuları mühafizə edəcək

21 İyul 2017 14:35

Bir böyrəyini itirən 8 yaşlı Sərvanın o biri böyrəyi də təhlükədə - YARDIM

21 İyul 2017 14:34

Terror təhlükəsi: Hava limanı boşaldıldı

21 İyul 2017 14:34

Nazirlik: Bu il Azərbaycanda 34 minə yaxın şəxs işlə təmin olunub

21 İyul 2017 14:32

IMF Yunanıstana yeni kreditin ayrılmasını təsdiq edib

21 İyul 2017 14:32

BŞTİ: Paytaxtda 2 yeni məktəb binası tikilir

21 İyul 2017 14:32

Daha bir türk serialı bitir

21 İyul 2017 14:32

Yaralılar var: Çində güclü partlayış

21 İyul 2017 14:29

Ukrayna mətbuatı: "Sarkisyan Ermənistanı Şimali Koreyanın aqibətinə sürükləyir"

21 İyul 2017 14:27

Öldürdü, gözlərini çıxartdı, sonra soyunub sevişməyə başladı: iki bacıdan DƏHŞƏTLİ ADDIM - FOTO/VİDEO

21 İyul 2017 14:23

Şəhriyar "Xəzər"ə keçdi - FOTOlar

21 İyul 2017 14:22

Fatih Terimin dava zamanı qaçdığı görüntülər ortaya çıxdı - VİDEO

21 İyul 2017 14:17

Nobel mükafatı laureatının kitabı Azərbaycan dilində işıq üzü görüb

21 İyul 2017 14:17

Məktəb direktorlarının diaqnostik qiymətləndirilməsi aparılacaq

21 İyul 2017 14:17

Novxanı çimərliyində gənc qadını döydülər

21 İyul 2017 14:15

Novxanı çimərliyində iyrənc olay: qadını döydülər

21 İyul 2017 14:14

Soçidə Azərbaycan və Rusiya prezidentləri arasında görüş olacaq

21 İyul 2017 14:12

Bu yol yüzminlərlə insanın işini asanlaşdıracaq - FOTO

21 İyul 2017 14:12

Məşhur uşaq mahnımız Rusiyanın verilişində əcnəbi dildə... - VİDEO

21 İyul 2017 14:12

Lalə Məmmədova qızları ilə belə dincəlir - FOTOlar

21 İyul 2017 14:12

"Oyunçulara dedim ki, başınızı dik tutun" - "Yagelloniya"nın baş məşqçisi

21 İyul 2017 14:12

Toy mərasimi zamanı tavan uçdu: yaralılar var - VİDEO - FOTO

21 İyul 2017 14:12

SORĞU: Bu bayraq hansı ölkəyə məxsusdur?

21 İyul 2017 14:12

İlham Əliyev Putinlə görüşəcək - Soçidə

21 İyul 2017 14:09

Bakıda güclü yanğın: Böyük tıxac yarandı

21 İyul 2017 14:08

Yoxa çıxan Maestro Ceyhunu tapdıq...

21 İyul 2017 14:03

ARDNF proqram təminatı və texniki xidmətlər almaq istəyir

21 İyul 2017 14:02

Müəllimi vəhşicəsinə qətlə yetirən terrorçular öldürüldü - FOTO

21 İyul 2017 13:58

Rusiyadan Lapşinin ekstradisiyası ilə bağlı AÇIQLAMA

21 İyul 2017 13:57

Şagirdi ilə intim münasibət: Şok yazışmaları yayıldı...

21 İyul 2017 13:57

Peskov: "Azərbaycan və Rusiya prezidentləri Soçidə görüşəcəklər"

21 İyul 2017 13:52

“Bakcell”in dəstəyi ilə “Təhsil Avtobusu-2017” Yay Məktəbi başlayır

21 İyul 2017 13:52

"Səbail" Səudiyyə Ərəbistanı klubu ilə bacarmadı

21 İyul 2017 13:52

"Arka sokaklar"ın məşhur cütlüyünün toy tarixi bəlli oldu - FOTO

21 İyul 2017 13:52

Sabah hava belə olacaq

21 İyul 2017 13:51

ABŞ vətəndaşlarına bu ölkəyə getməyi qadağan edəcək

21 İyul 2017 13:48

İş axtaranlar üçün çıxış yolları

21 İyul 2017 13:47

Bakıda piyada yolu keçərkən son anda ölümdən xilas oldu - VİDEO

21 İyul 2017 13:47

VİDEO: Göydə qəribə hadisələr baş verir

21 İyul 2017 13:45

Vüsal Məmmədovun ETİRAFLARI: “Utandığımdan üzə vurmuram”

21 İyul 2017 13:43

İraqın vitse-prezidenti: “İŞİD-ə qarşı mübarizədə “peşmərgə” adlı silahlıların heç bir rolu olmayıb”

21 İyul 2017 13:42

"Azərbaycan Şərqi Qüdsün infrastrukturuna 5 milyon dollar ayırıb"

21 İyul 2017 13:42

Varlı arvadı xəyanət edən azərbaycanlı kişi kimdir?

21 İyul 2017 13:41