Çövkən oyununun keçirilməsi xalqımızın tarixi yaddaşının, adət-ənənələrinin yaşadılması deməkdir

Çövkən oyununun keçirilməsi xalqımızın tarixi yaddaşının, adət-ənənələrinin yaşadılması deməkdir
17:58 18 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 18 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Çövkən oyunu üzrə yarışların keçirilməsi Azərbaycan xalqının tarixi yaddaşının, adət-ənənələrinin yaşadılması deməkdir. Atüstü oyunlar xalqımızın mədəni irsinin ayrılmaz hissəsidir. Bu oyunlar bir müddət unudulsa da, Azərbaycan müstəqillik əldə etdikdən sonra atüstü milli oyunlar yenidən gündəmə gəlib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Fikrət Babayev deyib.
Qurumun rəsmisi vurğulayıb ki, əvvəllər çövkən oyunu respublikamızın bir neçə bölgəsində oynanılırdısa, indi Azərbaycanın demək olar, bütün bölgələrdə atüstü milli oyunlar diqqət mərkəzindədir. Bunu Prezident Kuboku uğrunda çövkən oyunu üzrə yarışların coğrafiyasının ildən-ilə genişlənməsi bir daha sübut edir. Fikrət Babayev deyib: “Builki yarışlarda 24 komandanın iştirak etməsi çox yaxşı göstəricidir. Yəni, bu qədər komandanın bir araya gəlməsi hesab edirəm ki, böyük uğurdur”.
Azərbaycanın çövkən oyununun 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini xatırladan nazirliyin rəsmisi bildirib: “Hesab edirəm ki, bu oyunlar yalnız Şəkidə deyil, respublikanın digər bölgələrində də keçirilməlidir, zona yarışları olmalıdır. Bu isə komandaların səviyyəsinin daha da yüksəlməsinə gətirib çıxaracaq. Bu oyunların gələcəyinə çox nikbin baxıram”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHovken_oyununun_kechirilmesi_xalqimizin_tarixi_yaddasinin_adet_enenelerinin_yasadilmasi_demekdir-912469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR