Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Azercell” “İlin mobil operatoru” seçilib

“Azercell” “İlin mobil operatoru” seçilib

Date: 18 December 2015 18:03


Bakı, 18 dekabr, AZƏRTAC
“Azercell Telekom” MMC "Consulting&Business" jurnalının təsis etdiyi “İlin şirkəti 2015” mükafatının “İlin mobil operatoru” nominasiyası üzrə qalib seçilib.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanda mobil rabitə sahəsində innovativ xidmətləri təqdim edən “Azercell” telekommunikasiya xidmətlərinin inkişafına verdiyi töhfəyə, həyata keçirdiyi uğurlu layihələrə və yeniliklərə görə mükafatlandırılıb.
“Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev mükafatı qəbul edərək "Consulting&Business" jurnalının idarə heyətinə, ilk növbədə mobil operatorun 4,5 milyon abunəçisinə minnətdarlığını bildirib. V.Mürsəliyev öz çıxışında “Azercell”in 2015-ci ildə istər mobil rabitə, istərsə də sosial fəaliyyət istiqamətində bir sıra mühüm layihələr həyata keçirdiyini vurğulayıb.
““Azercell” şirkəti daim müştərilərinə ən yüksək xidmətlər təqdim etməyə çalışıb. Bütün bu illər ərzində texnoloji innovasiyalar sahəsində də nümunəvi şirkət olmağı vacib saymışıq”, - deyə şirkətin prezidenti bildirib.
Qeyd edək ki, “İlin şirkəti” milli mükafatı "Consulting&Business" jurnalı tərəfindən 2006-cı ildə təsis olunub və Azərbaycanda biznes və iqtisadiyyat sahəsində ən nüfuzlu mükafatlardan biri sayılır. “İlin şirkəti” iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmiş təşkilatlara təqdim olunur.

Tags:  Azercell İlin mobil operatoru seçilib



RƏYLƏR


Top news