"Bəziləri elə başa düşür ki, kolxoz, sovxoz geri qayıdır"

"Bəziləri elə başa düşür ki, kolxoz, sovxoz geri qayıdır"
18:27 18 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda kimə pay torpağı verilibsə, o, həmin torpaqda ev tikib və digərlərinə problem yaradıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün keçirilən plenar iclasda "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Novruzov bildirib ki, insanlar onlara verilmiş pay torpaqlarından düzgün istifadə etmirlər: "Kimə pay torpağı verilibsə, o, həmin torpaqda ev tikib. Onun qonşusu da öz pay torpağını suvara bilmir. Çünki qonşuluqda ev var. Bir sıra yaşlı insanlar, orta məktəbdə işləyən müəlimlər pay torpaqlarından istifadə edə bilmədiyi üçün ucuz qiymətə icarəyə verirlər".

Millət vəkili bildirib ki, koorperasiyaların yaranması bu problemləri həll edəcək, həmin insanların gəlirlərinin artmasına səbəb olacaq: "Bəziləri elə başa düşür ki, kolxoz, sovxoz geri qayıdır. Amma belə deyil. Qərb ölkələrində də bu tip kooperasiyalar var".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/391350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR