Monitorinq: Qrivna Avropa və MDB-nin ən zəif valyutasıdır

18:32 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, Ukraynadakı "ForexClub" şirkətinin aparıcı eksperti Andrey Şevçişin qeyd edib ki, 2016-cı ilin ilk yarısında da valyuta tələbatının təmin olunmasında problemlər yaranacaq və tələb əsasən xarici tərəfdaşların kreditləri hesabına ödəniləcək. İlin ikinci yarısından isə ixracın artması gözlənilir ki, bu da ölkəyə valyuta axınını artıracaq.
Qeyd edək ki, MDB məkanında il ərzində ən çox devalvasiyaya uğrayan digər iki valyuta - Belarus (54,3%) və Qazaxıstan (85,2%) pulu olub. 
Avropa valyutaları arasında isə Norveç kronu ən yüksək devalvasiya (15,8%) ilə üzləşib. Bildirmək lazımdır ki, Norveç Avropanın ən böyük neft hasil edən ölkəsidir.
Qitənin ən sabit valyutaları isə revalvasiya olan İsveçrə frankı (-0,3%), devalvasiya olan İslandiya kronu (1,4%) və Britaniya funt sterlinqidir (3,6%).

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/monitorinq-qrivna-avropa-ve-mdb-nin-en-zeif-valyutasidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR