Türkiyə və Azərbaycan arasında tikinti sahəsində sıx əlaqələr qurulub

Türkiyə və Azərbaycan arasında tikinti sahəsində sıx əlaqələr qurulub
18:43 18 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Bakı Ekspo Mərkəzindəki Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində Türkiyənin “Seapearl” tikinti şirkətinin təqdim etdiyi kompleks layihəsi ziyarətçilərin marağına səbəb olub. Şirkətə məxsus stenddə İstanbulun Ataköy bölgəsində Mərmərə dənizinin sahilində tikiləcək kompleksin maketi də quraşdırılıb.
Şirkətin satış meneceri xanım Özgə Karaca AZƏRTAC-a müsahibəsində layihənin 2017-ci ilin sentyabrında başa çatacağını söyləyib. Bildirib ki, layihəyə əsasən kompleks 4 hündürmərtəbəli binadan ibarət olacaq. Kompleksdə sakinlərin təhlükəsizliyi, rahat yaşaması, alış-verişi üçün hər cür şərait yaradılacaq.
Menecer əlavə edib ki, Türkiyə və Azərbaycan arasında iqtisadiyyatın bir çox sahələrində, eləcə də tikinti sahəsində sıx əlaqələr qurulub. Təsadüfi deyil ki, sərgi iştirakçılarının əksəriyyəti də məhz Türkiyə şirkətləridir.
Sərginin təşkilindən razılığını ifadə edən Ö.Karaca belə tədbirlərin hər iki ölkənin iş adamlarının fəaliyyəti üçün geniş perspektivlər açdığını vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_ve_Azerbaycan_arasinda_tikinti_sahesinde_six_elaqeler_qurulub-912495

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR