Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avstriyada altı yaşlı qızı məhkəməyə veriblər

Avstriyada altı yaşlı qızı məhkəməyə veriblər

Date: 18 December 2015 18:43


Bakı, 18 dekabr, AZƏRTAC 
Avstriyanın dağ-xizək kurort şəhərində xizək sürüşməsi vaxtı bədbəxt hadisə baş verib.
AZƏRTAC Böyük Britaniyanın theguardian.com saytına istinadla xəbər verir ki, 46 yaşlı qadın dağdan sürüşən zaman 6 yaşlı qıza toqquşub. Zərərçəkmiş qadın qızı məhkəməyə verərək ondan 38 min avro təzminat tələb edir.
Qadın əvvəlcə uşağın atasını və məşqçisini məhkəməyə versə də, onun iddiası təmin olunmayıb.
Avstriya qanunlarına görə, uşaq yetkinlik yaşına çatmayanadək heç bir mülki məsuliyyətə cəlb oluna bilməz. Bununla belə, əgər uşaq öz hərəkətinin nəticəsini dərk edə bilirsə, onda müəyyən hüquqi istisnalara yol verilir.
Məhkəmənin qərarı 2016-cı ilin əvvəllərində məlum olacaq.

Tags:  Avstriyada altı yaşlı qızı məhkəməyə veriblər


RƏYLƏR


Top news