Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ADO teatrında növbəti premyera: “Ağ-Qara”

ADO teatrında növbəti premyera: “Ağ-Qara”

Date: 18 December 2015 18:44

Dekabrın 21 və 22-si saat 19:00-da ADO teatrında “Ağ-Qara” tamaşanın premyerası olacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, tamaşanın müəllifi və rejissoru teatrın rəhbəri Elmin Bədəlov, rəssam və dekoru Leyla Quliyeva, Atəş Əzizov, xareoqrafı Rumiyyə Ağayevadır. Tamaşada Anar Əliyev, Elza Furtado, Nihad Qulamzadə, Elmin Bədəlov, Rumiyyə Ağayeva, Kənan Səlimli və Orxan İsgəndərli iştirak edirlər.

 

Teatr öz ənənəsinə sadiq qalaraq budəfəki tamaşasında da tamaşaçıları hadisələrin mərkəzinə çəkəcək. Teatrın repertuarında yer alan ikinci “Ağ-qara” tamaşası da sözsüzdür. Biletin qiyməti 5 manatdır.

 

Qeyd edək ki, sentyabrın 1-də yaranan “ADO teatrı bu tamaşadan əvvəl ilk tamaşası olan “STOP”u hazırlayıb. 


Tags:  ADO teatrında növbəti premyera Ağ-Qara

RƏYLƏR


Top news