Klublar arasında Avropanın ən nüfuzlu basketbol turniri hesab olunan Avroliqada qrup mərhələsinin sonuncu turuna start verilib.
Günün mərkəzi matçında "Fənərbağça" "Ximki"ni məğlub edib və qrup lideri kimi Top-16-ya vəsiqə qazanıb. Madrid "Real"ı isə "Strasbur"a şans verməyib.
Avroliqada günün nəticələri belədir:
"Ximki" - "Fənərbağça" - 68:70
"Jalqiris" - "Panatinaikos" - 72:75
"Daruşşafaka" - "Makkabi" (Tel-Əviv) - 66:70
"Broze" - "Sassari" - 86:54
"Laboral Kutça" - "Çedevita" - 92:70
"Real" (Madrid) - "Strasbur" - 97:65